İşin təsviri
Təsvir
- XDR, WAF, ESA və digər təhlükəsizlik avadanlıqları üzrə təhlükəsizlik siyasətlərinin hazırlanması və idarə olunması;
- Təhlükəsizlik sistemlərinin konfiqurasiyası, tuning və hardening işlərinin icrası;
- Processing Center infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərinin tətbiqi və monitorinqi;
- SWIFT CSP təhlükəsizlik nəzarətlərinin texniki icrasının koordinasiyası;
- PCI DSS və Mərkəzi Bankın tələblərinə uyğun təhlükəsizlik konfiqurasiyalarının və nəzarətlərinin tətbiqi;
- Təhlükəsizlik loqlarının inteqrasiyası;
- Təhlükəsizlik platformalarının inteqrasiyası və idarə olunması;
- Email Security Gateway (ESA) siyasətlərinin idarə olunması və təhlükəsizlik tədbirlərinin tətbiqi;
- WAF siyasətlərinin hazırlanması və veb təhlükəsizliyinin təmin olunması;
- Təhlükəsizlik insidentləri zamanı texniki analiz və containment tədbirlərinin həyata keçirilməsi;
- Threat detection və təhlükəsizlik monitorinqi imkanlarının inkişaf etdirilməsi;
- Təhlükəsizlik platformaları üzrə audit və compliance tələblərinə texniki dəstəyin göstərilməsi;
- Yeni təhlükəsizlik texnologiyalarının qiymətləndirilməsi və tətbiqi prosesində iştirak.
Tələblər
- İnformasiya təhlükəsizliyi, İT və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnformasiya təhlükəsizliyi sistemləri üzrə minimum 3 il iş təcrübəsi, o cümlədən rəhbərlik və ya komanda koordinasiyası təcrübəsi;
- ISO 27001, NIST CSF, PCI DSS və SWIFT CSP üzrə dərin bilik və praktiki tətbiq təcrübəsi;
- PCI DSS və SWIFT auditlərinin aparılması prosesində iştirak və tənzimləyici qurumlarla iş təcrübəsi;
- Strateji düşünmə, qərarvermə və rəhbərliyə hesabatvermə bacarığı;
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili üstünlükdür);
- CISA, ISO 27001 və digər beynəlxalq sertifikatların olması üstünlükdür.