Kredit Riski və Modelləşdirmə departamentinin Kredit Riskləri şöbəsində Kiçik mütəxəssis/Mütəxəssis

İşin təsviri

· Kredit portfeli üzrə gündəlik/aylıq monitorinq proseslərində iştirak etmək;

· Risk göstəricilərinə dair hesabatların hazırlanmasına dəstək vermək;

· Daxili sistemlərdə məlumatların düzgün daxil edilməsini və yenilənməsini təmin etmək;

· Problemli kreditlər üzrə məlumatların toplanması və analizinə dəstək;

· Yuxarı vəzifəli əməkdaşların tapşırıqları əsasında ad-hoc analizlərin aparılması;

· Daxili prosedur və qaydalara uyğun işləmək və proseslərin təkmilləşdirilməsinə töhfə vermək.

Qeyd: Kredit risklərinin idarə edilməsi sahəsində mütəxəssis üçün minimum 2 il iş təcrübəsi.

Tələblər

· Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə);

· Kredit riskləri, bankçılıq və ya analitika sahəsində iş təcrübəsi;

· Kredit məhsulları və əsas risk anlayışları barədə baza biliklər;

· Maliyyə məlumatlarını oxumaq və sadə təhlil aparmaq bacarığı;

· Excel üzrə yaxşı biliklər (pivot, basic formulas və s.), SQL, Pyton üzrə biliklər üstünlükdür;

· Analitik düşüncə və detallara diqqət;

· Komandada işləmək və öyrənməyə açıq olmaq;

· Vaxtın idarə olunması və tapşırıqları vaxtında yerinə yetirmə bacarığı.