İşin təsviri
- Bankın marketinq strategiyasına uyğun ənənəvi marketinq fəaliyyətlərini planlaşdırmaq və icra etmək;
- ATL/BTL kampaniyalarını, marketinq tədbirlərini və sponsorluq layihələrini koordinasiya etmək, nəticələrini təhlil etmək;
- Reklam agentlikləri, vendorlar və daxili struktur bölmələri ilə əməkdaşlığı idarə etmək;
- POSM materiallarının istehsalı, brend standartlarına uyğunluğu və filiallara çatdırılmasına nəzarət etmək;
- Marketinq layihələrinin icrasını təmin etmək, hesabatlar hazırlamaq və kampaniyaların effektivliyini qiymətləndirərək təkliflər vermək;
- Bazar araşdırmaları aparmaq və marketinq tendensiyalarını təhlil etmək.
Tələblər
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- ATL və BTL kampaniyalarının planlaşdırılması və icrası üzrə təcrübə;
- Kampaniyaların effektivliyinin təhlili və hesabatların hazırlanması bacarığı;
- Media agentlikləri və reklam istehsalçıları ilə əməkdaşlıq təcrübəsi;
- POSM materiallarının hazırlanması və istehsal prosesinin idarə edilməsi təcrübəsi;
- Analitik düşüncə tərzi və nəticəyönümlü yanaşma;
- Güclü təşkilatçılıq, planlama və koordinasiya bacarıqları.