İşin təsviri
- Bankın müştəriləri ilə telefon və digər rabitə vasitələri ilə effektiv ünsiyyət qurmaq, sorğu və müraciətləri vaxtında cavablandırmaq;
- Müştərilərdən daxil olan şikayət və təklifləri qeyd etmək və lazımi şöbələrə çatdırmaq;
- Daxili və xarici zənglərin idarə olunmasını təmin etmək, zəngləri əlaqədar şəxslərə operativ şəkildə yönəltmək;
- Müştərilərin ehtiyaclarına uyğun ilkin dəstək vermək və xidmət proseslərinin rahatlığını təmin etmək;
- Gündəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
- Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
- Qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarını bilməsi.
- Vahid komandada işləmək qabiliyyəti;
- Yüksək etik davranışa sahib olmaq, gülərüz və pozitiv olmaq.