Onlayn Bankçılıq Departamentinin Məsafədən satış şöbəsində Kredit məhsulları üzrə kiçik mütəxəssis / mütəxəssis

İşin təsviri

  • Kredit məhsulları üzrə məsafədən xidmətin göstərilməsi;
  • Kredit məhsulları üzrə daxil olan müraciətlərin araşdırılması və icrasının təmin edilməsi;
  • Müraciətlər üzrə tələb olunan əlavə tədbirlərin həyata keçirilməsi;
  • Bankın daxili qaydalarına uyğun olaraq müəyyən olunmuş limitlər çərçivəsində müraciətlərin təhlilində iştirak;
  • Bölmə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Şöbənin fəaliyyətinə aid digər işlərin icrasında iştirak;
  • Bank və kommersiya sirri təşkil edən məlumatların qorunmasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Xarici dil biliyi arzuolunandır;
  • Kompüter bilikləri: MS Office.