İşin təsviri
- Alternativ kanallardan daxil olan kredit sifarişlərinin cavablandırılması;
- Kredit əldə etmək üçün müraciətlərin müvafiq olaraq Məsafədən satış şöbəsinə və filiallara yönləndirilməsi;
- Bankın mövcud kampaniyaları və kredit məhsulları ilə bağlı müştərilərə satış yönümlü zənglərin edilməsi;
- Müştərilərin suallarının cavablandırılması və düzgün istiqamətləndirilməsi;
- Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliyindən irəli gələn verilən tapşırıqların yerinə yetirilməsi;
- Şöbənin fəaliyyətinə aid digər işlərin icrasında iştirak;
- Bank və kommersiya sirri təşkil edən məlumatların qorunmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Komandada işləmək bacarığı;
- Yaxşı ünsiyyət və danışıq bacarığı;
- Xarici dil biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office.