Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların və digər normativ sənədlərin yazılması və yenilənməsi;
Bankın yeni və mövcud normativ sənədlərinin nəzərdən keçirilməsi, potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması və rəyin verilməsi;
Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
Əsas Risk Göstəricilərin tətbiqi;
Ssenarilərin təhlil edilməsi, stres testlərin icrası;
Müəyyən olunmuş risklərin araşdırılması və minimallaşdırılması üçün təkliflərin verilməsi;
Audit hesabatları ilə iş – aşkarlanmış risklərin qiymətləndirilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi;
Əməliyyat riskləri ilə bağlı Mərkəzi Bank tələblərinin həyata keçirilməsi proseslərində iştirak;
Risklərin təhlili zamanı itkilərin hesablanması;
Tələblər
Ali təhsil;
Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
Bank sektorunda ən azı 4 il təcrübəsi;
Bank əməliyyat risklərinin idarə edilməsi üzrə minimum 2 il iş təcrübəsi;
AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər.