İşin təsviri
- Sosial media strategiyasının hazırlanması və icrası;
- Kontent planının hazırlanması və idarə olunması;
- Paylaşımlar (postlar) üçün mətnlərin hazırlanması;
- Kreativ ideyaların formalaşdırılması və dizayn komandası ilə sıx əməkdaşlıq;
- Sosial media platformalarının (Meta, TikTok, YouTube və s.) aktiv idarə olunması;
- Veb-sayta kontentin yerləşdirilməsi və bu prosesə nəzarət;
- Layihələrin planlaşdırılmasına dəstək, icrası və son tarixlərin (deadline) izlənməsi;
- Komanda daxilində koordinasiyalı əməkdaşlıq;
- Kampaniyaların nəticələrinin təhlili və müvafiq hesabatların hazırlanması;
- Məsuliyyətli yanaşma;
- Detallara diqqətlilik;
- Nəticəyönümlülük.
Tələblər
- SMM və Kontent Menecer vəzifəsi üzrə minimum 1–2 il iş təcrübəsi;
- Copywriting bacarığı (Azərbaycan dili yüksək səviyyədə, rus və ya ingilis dili biliyi üstünlükdür);
- Sosial media alqoritmləri və trendləri üzrə anlayış;
- Planlama və layihələrin idarə olunması bacarığı;
- Kreativ düşüncə və təşəbbüskarlıq;
- Komanda ilə effektiv əməkdaşlıq və güclü kommunikasiya bacarıqları;
- Vaxtın effektiv idarə olunması və eyni anda bir neçə tapşırığın icrası (multitasking) bacarığı.