İşin təsviri
- Gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, təhlili və hesabatlılığın aparılması
- KPI və performans göstəricilərinin hesablanması, monitorinqi və tətbiqinin dəstəklənməsi
- Strateji plan, layihə və təşəbbüslərin icra vəziyyətinin izlənməsi, təhlili və koordinasiya prosesində iştirak
- Müxtəlif struktur bölmələrdən məlumatların toplanması, emalı, təhlili və analitik hesabatların hazırlanması
- Dashboard, hesabat və monitorinq alətləri üçün məlumatların strukturlaşdırılması və vizuallaşdırılması
- Maliyyə modellərinin, biznes keyslərinin və hesabatlılıq tələblərinin hazırlanması və aidiyyəti tərəflərlə razılaşdırılması
- Biznes məqsədlərinə uyğun təkliflərin, şərtlərin və inkişaf imkanlarının araşdırılması və formalaşdırılması
- Müştəri, məhsul, proses və sistem məlumatlarının SQL, Python və digər alətlərlə emalı, optimallaşdırılması və keyfiyyətinə nəzarət
- Standart və qeyri-standart (ad-hoc) hesabatların hazırlanması və təqdim olunması
- Layihələrin icrası zamanı yaranan problem və risklərin izlənməsi, məlumatlandırılması və həlli istiqamətində iştirak
- Maliyyə, bank və Fintech bazarındakı yeniliklərin izlənməsi və tətbiq imkanlarının qiymətləndirilməsi
- Tapşırıqların müəyyən edilmiş iş planına uyğun və vaxtında icra olunması
- Fəaliyyət istiqaməti üzrə daxili prosedur, qayda və normativ sənədlərin tələblərinə uyğun digər funksiyaların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə)
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Strateji planlama, KPI idarəçiliyi, layihə idarəçiliyi, analitika və ya performans monitorinqi sahəsində təcrübə üstünlükdür
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi arzuolunandır
- Beynəlxalq sertifikatların (PMI, PMP, CBAP və s.) olması üstünlükdür
- MS Excel və PowerPoint proqramları üzrə yaxşı biliklər
- KPI və hesabatlılıq sistemləri üzrə biliklər
- Data analitikası, dashboard və monitorinq alətləri ilə işləmə bacarığı
- Layihə idarəçiliyi və risklərin idarə olunması üzrə biliklər
- Strateji planlama və performans ölçmə mexanizmləri üzrə anlayış
- Analitik hesabatların hazırlanması və təqdimat bacarıqları
- Güclü analitik düşüncə və detallara diqqət
- Problemlərin həlli və qərarvermə bacarığı
- Komandada işləmək və effektiv koordinasiya bacarığı
- Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
- Liderlik, təşəbbüskarlıq və stakeholder management bacarıqları.