ATB Bank yerləşdirilib
Verilənlər Bazası Administratoru (Oracle/PostgreSQL) – Middle / Strong Middle
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin TəcrübəçisiUnibank · 23 oktyabr 2026
- İnformasiya Təhlükəsizliyi Departamenti Kibertəhlükəsizlik və rəqəmsal dələduzluq üzrə monitorinq şöbəsi – Mühəndis (L2)ATB Bank · 28 oktyabr 2026
- İT BA üzrə baş mütəxəssisPASHA Insurance · 28 oktyabr 2026
- Şəbəkə İnfrastrukturu şöbəsinin mütəxəssisi / İnformasiya Texnologiyaları İdarəsiAzərbaycan Hava Yolları (AZAL) · 27 oktyabr 2026
- İT biznes analitikMars Overseas Baku · 27 oktyabr 2026
- Senior İT auditorİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 26 oktyabr 2026
Vakansiya haqqında
- Oracle Database (11g–19c) və PostgreSQL verilənlər bazası sistemlərinin quraşdırılması, konfiqurasiyası, administrasiyası və dəstəklənməsi;
- Verilənlər bazası arxitekturasının layihələndirilməsi, yaradılması və inkişaf etdirilməsi;
- RMAN vasitəsilə ehtiyat nüsxələrin hazırlanması, Backup/Recovery və bərpa ssenarilərinin işlənməsi, mütəmadi test edilməsi və monitorinqi;
- Oracle ASM, Data Guard, Active Data Guard və Multiple Standby texnologiyalarının tətbiqi, idarə olunması və optimallaşdırılması;
- Verilənlər bazalarının yüksək əlçatanlığının (High Availability), məlumatların bütövlüyünün, təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- SQL sorğularının, PL/SQL prosedur və paketlərinin optimallaşdırılması (SQL Tuning), performans analizinin aparılması və verilənlər bazasının tuninqi;
- Verilənlər bazalarının performansının monitorinqi, problemlərin diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
- Linux/Unix, xüsusilə Oracle Linux mühitində verilənlər bazaları ilə bağlı administrasiya işlərinin icrası;
- Verilənlər bazası üzrə texniki sənədləşmənin hazırlanması və mütəmadi yenilənməsi.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- Oracle Database (11g–19c) və PostgreSQL üzrə minimum 2–4 il praktiki iş təcrübəsi;
- Oracle RMAN, ASM, Data Guard və Active Data Guard texnologiyaları ilə iş təcrübəsi;
- SQL və PL/SQL üzrə yaxşı biliklər və performans optimallaşdırılması sahəsində praktiki təcrübə;
- Backup/Recovery, Disaster Recovery və High Availability həlləri üzrə praktiki biliklər;
- Linux/Unix, xüsusilə Oracle Linux əməliyyat sistemləri ilə işləmək bacarığı;
- Analitik düşüncə, problemlərin operativ həlli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Texniki sənədlərlə işləmək üçün ingilis dili biliyi arzuolunandır;
- Oracle RAC ilə iş təcrübəsi üstünlük hesab olunur;
- Oracle Enterprise Manager (OEM) və ya digər monitorinq alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur;
- PostgreSQL replikasiya və yüksək əlçatanlıq həlləri üzrə biliklər üstünlük hesab olunur;
- Oracle sertifikatlarının (OCP/OCA) mövcudluğu üstünlük hesab olunur.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr