İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis

İşin təsviri

  • AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
  • İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
  • Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
  • Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
  • Arayışların hazırlanması və qeydiyyatın aparılması;
  • HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
  • 1 C , ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
  • Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.