Korporativ satış üzrə mütəxəssis

Bu gün
1000 - 1500

İşin təsviri

Namizədə tələblər

· Yaş: 23-35

· Təhsil: Ali

· İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

· Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər

· Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

· Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

· Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

· Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

· Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Tələblər

Əsas vəzifə öhdəlikləri

· Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

· Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

· Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

· Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

· Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

· İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

· Əmək müqaviləsi bağlanılır

· İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

· İş vaxtı: I-IV günlər 09:00 – 18:00, V gün 09:00 – 17:00

· Şirkət tərəfindən korporativ nömrə və telefon verilir

· Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

· Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

· Bonus və rüblük motivasiya