VİP müştərilərlə iş şöbəsi

İşin təsviri

Təsvir

Əsas vəzifə öhdəlikləri

  • VIP müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və qorunması
  • Müştərilərin müraciət və sorğularının operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi
  • Sığorta müqavilələrinin rəsmiləşdirilməsi, yenilənməsi və müvafiq dəyişikliklərin həyata keçirilməsinin koordinasiyası;
  • Sığorta hadisələri zamanı müştərilərə lazımi dəstəyin göstərilməsi və prosesin aidiyyəti struktur bölmələrlə koordinasiyası;
  • VIP müştərilərin fərdi ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmət həllərinin təklif olunması;
  • Müştəri müraciətlərinin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə müştərilərin məlumatlandırılması;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi
  • Müştəri şikayət və təkliflərinin araşdırılması, həlli üçün müvafiq bölmələrlə əməkdaşlıq edilməsi
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması və daxili prosedurlara riayət olunması
  • Müştəri portfeli üzrə məlumatların yenilənməsi və müvafiq hesabatların hazırlanması
  • Müştərilərin ehtiyaclarına uyğun əlavə sığorta məhsulları və xidmətləri barədə məlumat verilməsi
  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
  • İş vaxtı: I-IV günlər 09:00 – 18:00, V gün 09:00 – 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

Tələblər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı