Daxili tamamlanma mühəndisi

28 Noyabr 2025
1800 - 2000
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Tamamlama işlərinə dair işçi layihə və çertyojları (memarlıq, MEP koordinasiyalı planlar) oxumaq və təhlil etmək;
  • Uyğunsuzluqları əvvəlcədən müəyyən etmək və müvafiq şöbələrlə koordinasiyada düzəlişlərin edilməsi üçün təkliflər vermək.
  • Gipskarton, suvaq, boya, döşəmə (laminat, parket, mərmər, kermoqranit və s.), asma tavan, dekorativ elementlər, qapı-pəncərə və digər daxili işlərin düzgün və layihəyə uyğun icrasına nəzarət etmək;
  • Hər mərhələdə görülən işlərin keyfiyyətini və texniki normativlərə uyğunluğunu yoxlamaq;
  • Usta və podratçılara texniki rəhbərlik etmək, tapşırıqları vermək və icrasını izləmək.
  • İcra olunan işlərin qrafik üzrə gedişatını izləmək və ləngimələrin qarşısını almaq üçün tədbirlər görmək;
  • Gündəlik və həftəlik icra hesabatları hazırlamaq və layihə rəhbərinə təqdim etmək.
  • Memar, dizayner, MEP mühəndisləri və layihə rəhbərliyi ilə sıx əməkdaşlıq edərək işlərin ardıcıl və düzgün icrasını təmin etmək;
  • Lazım olduqda sahədə texniki dəyişiklikləri müzakirə etmək və razılaşdırmaq.

Vəzifəyə olan tələblər:

  • Təhsil: Ali (inşaat mühəndisliyi, memarlıq və ya və ya əlaqəli sahələr üzrə arzuolunandır).
  • İş Təcrübəsi: Daxili tamamlama işləri üzrə (mənzil və ya kommersiya layihələrində) minimum 2-3 illik təcrübə
  • AutoCAD, MS Excel, və digər layihə nəzarət proqramları ilə işləmək bacarığı (Primavera/MS Project bilikləri üstünlükdür);
  • Layihə oxuma və şərh etmə bacarığı, detallı plan və kəsikləri analiz edə bilmək;
  • Komandada işləmə və ustalara texniki rəhbərlik etmə bacarığı;

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 08:00-17:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri: Yasamal ray. A.M.Şərifzadə 241 küç
  • Əmək Haqqı: 1800 -2200 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Mühəndis (daxili tamamlanma)” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.