Həcmlərə nəzarət üzrə kiçik mühəndis

5 Fevral 2026
800 - 1000
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Sahədə icra olunan işlərin faktiki həcmlərinin ölçülməsində və hesablanmasında iştirak etmək;
  • Layihə və icra çertyojları əsasında iş həcmlərinin yoxlanılması;
  • Podratçı və subpodratçılar tərəfindən təqdim olunan həcm aktlarının (forma, akt, naryad və s.) yoxlanılmasına dəstək vermək;
  • Görülmüş işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
  • Smeta, müqavilə və texniki şərtlərlə faktiki icra həcmlərinin uyğunluğunun təhlili;
  • Həcm fərqləri və uyğunsuzluqlar barədə birbaşa rəhbərliyə məlumat vermək;
  • Sahə mühəndisləri, texniki nəzarət və planlama komandası ilə koordinasiyada işləmək;
  • Ölçü və hesablamalar üzrə aparılan sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək;
  • Layihə üzrə dəyişikliklərin həcmlərə təsirinin hesablanmasında iştirak etmək.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (inşaat mühəndisliyi, tikinti və ya oxşar sahə);
  • Tikinti sahəsində ilkin iş təcrübəsi arzuolunandır;
  • AutoCAD və Microsoft Excel proqramlarında işləmək bacarığı;
  • Layihə çertyojlarını oxuma və analiz etmə bacarığı;
  • Analitik düşünmə və detallara diqqət;
  • Komanda ilə işləmək və operativlik.

Əlavə məlumat:

  • İş qrafiki: 6/1, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 800-1000 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlər üzrə kiçik mühəndis” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.