Layihəçi Elektrik mühəndisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Sahədə elektrik işləri üzrə layihə həllərinin hazırlanması və dəqiqləşdirilməsi;
  • İcra layihələrinin (Shop Drawing) hazırlanması və yenilənməsi;
  • Elektrik panoları, kabel marşrutları, torpaqlama və ildırımdan mühafizə sistemləri üzrə sxemlərin tərtibi;
  • Sahədə yaranan texniki problemlərə layihə əsaslı həllərin verilməsi;
  • Layihə ilə faktiki icra arasında uyğunsuzluqların aşkarlanması və korrektə edilməsi;
  • Texniki Tapşırıq (TT), metod statement və detalların hazırlanmasında iştirak;
  • Elektrik yüklərinin hesablanması (220/380 V);
  • Layihə dəyişikliklərinin (Revision / As-built) hazırlanması;
  • Sahə mühəndisləri və nəzarət qrupu ilə sıx əməkdaşlıq;
  • Sifarişçi və texniki nəzarət orqanları ilə texniki razılaşdırmaların aparılması;

Vəzifəyə olan tələblər:

  • Təhsil: Ali (Elektrik mühəndisliyi üzrə) Elektrik layihəçi ixtisası üzrə ali təhsil;
  • Layihə və tikinti sahəsində (yaşayış binası / tower layihələri üzrə) minimum 3–5 il iş təcrübəsi;
  • IEC və yerli normativ sənədlərlə işləmə bacarığı;
  • AutoCAD proqramında peşəkar səviyyədə işləmə bacarığı
  • Texniki düşüncə, detallara diqqət və məsuliyyətlilik;
  • Dil bilikləri – Azərbaycan, rus dili (üstünlükdür)

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1800 – 2200 AZN net

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Layihəçi elektrik” yazaraq vusala.racabova@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.