Dərman və tibb vasitələrinin qeydiyyatı üzrə kiçik mütəxəssis

Dünən

İşin təsviri

Təsvir

  • Sənədlərin yerli qanunvericiliyin tələbləri əsasında toplanması, təhlili;
  • Yerli dövlət orqanına qeydiyyat müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi;
  • Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi;
  • Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi;
  • Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi.

Tələblər

Təhsil Ali – Tibb sahəsi üzrə;

Dil bilikləri: Rus və İngilis dili (orta səviyyədə);

Bu sahə üzrə minimum 1 il iş təcrübəsi;

MS Office proqramları;

Yazılı və şifahi ünsiyyət bacarıqları;

Analitik qabiliyyət və problem həll etmə bacarığı.