İşin təsviri
- Şəbəkə avadanlıqlarının (router, switch, firewall, access point) quraşdırılması, konfiqurasiyası və ilkin sazlanması;
- Lokal şəbəkə (LAN), simsiz şəbəkə (WLAN) və bəzən WAN/VPN bağlantılarının monitorinqi və idarə edilməsi;
- İstifadəçilərdən gələn şəbəkə problemlərini (internet bağlantısı, printerə çıxış, IP konfiqurasiyası və s.) diaqnostika edib həll etmək (Help Desk dəstəyi);
- Şəbəkə performansını izləmək, yavaşlama və ya nasazlıqları vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq;
- Passiv və aktiv şəbəkə avadanlıqlarının (kabellər, patch panel, PoE və s.) texniki vəziyyətini yoxlamaq və profilaktik baxış aparmaq;
- VLAN, DHCP, DNS, TCP/IP kimi əsas şəbəkə parametrlərinin konfiqurasiyasında dəstək vermək;
- Şəbəkə təhlükəsizliyi ilə bağlı ilkin tədbirlər (firewall qaydaları, istifadəçi girişləri) üzrə kömək etmək;
- Şəbəkə diaqramlarının və konfiqurasiyaların sadə sənədləşdirilməsi;
- Digər İT komanda üzvləri ilə birlikdə yeni avadanlıqların quraşdırılması və sistem inteqrasiyasında iştirak etmək.
Tələblər
- İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, Şəbəkə Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr);
- Əsas şəbəkə protokollar: TCP/IP, DNS, DHCP, NAT, Subnetting;
- Routing və Switching əsasları;
- Router, Switch (Cisco, HP/HPE, Aruba və s.) konfiqurasiyası;
- Firewall və Web Application Firewall konfiqurasiyası haqqında ilkin bilik;
- Təhlükəsizlik sahəsində fundamental biliklər;
- Simsiz şəbəkələr (Wi-Fi) və VPN əsasları;
- Dil Bilikləri: Azərbaycan dilində sərbəst (yazılı və şifahi), İngilis dili texniki sənədləri oxumaq üçün orta səviyyədə (ən azı B1) çox arzuolunandır;
- Problemi tez diaqnostika edib həll etmək bacarığı;
- Komanda ilə işləmə və istifadəçilərlə ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətlilik və öyrənməyə hazır olma;
- Stressli vəziyyətlərdə operativ işləmək.