İşin təsviri
- Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq;
- Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək;
- Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək;
- Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq;
- Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək;
- Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək;
- Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək:
- Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək;
- Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq;
- Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək.
Tələblər
- Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə);
- Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi;
- Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər;
- Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə;
- Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq;
- Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi;
- Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı;
- Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq;
- Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi;
- Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.