İşin təsviri
Biz komandamıza peşəkar və məsuliyyətli çilingər axtarırıq. Namizəd müəssisənin avadanlıqlarının, texniki sistemlərinin və təsərrüfat sahələrinin təmirini və baxımını təmin etməlidir.
Vəzifə öhdəlikləri:
- Məktəb ərazisində gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsi;
- Bina, sinif otaqları, ofislər və ümumi istifadə sahələrində yaranan kiçik texniki nasazlıqların aradan qaldırılması;
- Mebel, qapı, pəncərə, kilid, elektrik avadanlıqları və digər qurğularla bağlı xırda təmir işlərinin görülməsi;
- Elektrik, su, santexnika və digər texniki sistemlərdə yaranan problemlərin ilkin yoxlanılması və aidiyyəti əməkdaşlara məlumat verilməsi;
- Məktəbin texniki avadanlıqlarının və inventarının düzgün istifadəsinə və vəziyyətinə nəzarət;
- Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Məktəb ərazisində avadanlıqların, mebellərin və digər əşyaların daşınmasına və yerləşdirilməsinə dəstək;
- Tədbirlər, toplantılar və digər məktəb fəaliyyətləri zamanı texniki dəstəyin göstərilməsi;
- Rəhbərliyin tapşırıqları əsasında digər texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Texniki və ya təsərrüfat sahəsində iş təcrübəsi;
- Elektrik, santexnika, təmir və digər texniki işlər üzrə əsas biliklər;
- Əl alətləri və texniki avadanlıqlardan düzgün istifadə bacarığı;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Fiziki işlərə uyğunluq;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Təkliflər:
- Peşəkar komanda ilə işləmək imkanı;
- Nahar ilə təmin olunma;
- Könüllü tibbi sığorta təmin olunma;
- İş şəraitinə uyğun xüsusi geyim və avadanlıqlar ilə təminat.
Maraqlanan namizədlər CV-lərini və müraciət məktublarını resume@eas.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində mütləq “Çilingər” qeyd olunmalıdır.