İşin təsviri
- Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi;
- Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması;
- Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
- Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyi;
- Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
- Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması;
- Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi;
- Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi;
- ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi;
- Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi;
- Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərininn görülməsi;
Tələb olunan bilik və bacarıqlar:
- Verilənlər bazası obyektlərinin yaradılması üzrə biliklər;
- Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması üzrə biliklər;
- Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması üzrə biliklər;
- Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
- SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər;
- Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
- Verilənlər bazası sistemlərinin monitorinqi və optimallaşdırılması;
- Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması;
- Texniki səviyyədə ingilis dili bilikləri.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təchizat,biznesin idarə edilməsi, iqtisadiyyat sahəsində bakalavr və ya magistr təhsili
- CIPS sertifikatı üstünlükdür
- Təcrübə: 3 ildən artıq (MS SQL 2014/2016/2017/2019 üzrə);
- Təhsil: Ali
- Dil biliyi: Texniki səviyyədə ingilis dili bilikləri.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Database Administratoru” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.