İşin təsviri
- Deklarasiyası təsdiq edilmiş yüklər haqqında gömrük proseslərindən məsul şəxsə məlumat verir;
- Gömrük bəyannamələrinin qeydiyyatını aparır;
- Gömrük inspektoru ilə mütəmadi olaraq danışıqlar aparır, yaranmış olan problemlərin aradan qaldırılması üçün addımlar atır;
- Gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin toplanması üçün mütəmadi olaraq aidiyyəti şöbələrlə koordinasiya edir;
- Gündəlik sənədləşdirilmiş yüklərin sistem üzərindən yoxlanmasını təmin edir;
- İdxal sənədlərinin yoxlayır və idxal bəyannamələrini tərtib edir;
- Qısa idxal bəyannamələrini hazırlayır, yoxlayır, təsdiq prosesini icra edir və gömrüyə təqdim edir;
- Tədərükçilərlə bağlanmış müqavilələrin əlavələrini elektron hökümət portalı üzərindən gömrük rəsimləşdirilməsi üçün kodlarını alır, yol xərcinin mümkün qədər azaldılmasının qərarını vermək və gömrük sisteminə daxil edir;
- Yüklərin hərəkətliliyinin yükün növünə görə prioritetləşməsini həyata keçirir;
Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası haqqında biliklər;
- Problemləri həll etmə bacarığı;
- Analitik düşüncə;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sahə üzrə min.1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Deklarasiya üzrə mütəxəssis” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.