Keyfiyyətə nəzarət mühəndisi (Mexanik)

Müraciət et

Müraciət et

CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • AutoCAD, MS Office, HAP, Duct Sizer, Pipe Sizer Revit MEP (üstünlükdür) proqramları üzrə biliklər;
  • HVAC, santexnika, yanğınsöndürmə və digər mexaniki sistemlər üzrə texniki biliklər;
  • Duct, boru və avadanlıq quraşdırılmasına dair normativlərə uyğunluğun yoxlanması bacarığı;
  • HVAC və digər MEP sistemləri üzrə beynəlxalq və yerli normativlərə bələdlik (ASHRAE, SMACNA, NFPA və s.);
  • Keyfiyyətə nəzarət prosedurlarında iştirak təcrübəsi və sənədlərlə işləmək bacarığı;
  • Layihə sənədlərinin və shop drawing-lərin düzgün təhlil edilməsi;
  • Mexaniki sistemlərin istismara verilmə prosesində iştirak və texniki hesabatların hazırlanması;
  • Sahə işlərinin izlənməsi;
  • Uyğunsuzluqların vaxtında aşkarlanması və texniki həllərin verilməsi;
  • ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri üzrə məlumatlılıq;
  • Sahədə işləmək, komanda ilə koordinasiya və texniki detallara diqqət.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə)
  • İş təcrübəsi: Sahə və ya QA/QC mühəndisi kimi təcrübə, xüsusilə mexaniki sistemlərdə minimum 5 il təcrübə.
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində texniki yazışma və sənəd hazırlamaq bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli)

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət mühəndisi (Mexanik)”” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.