İşin təsviri
- Təsdiq edilmiş layihə, iş qrafiki, texniki şərtlər və təhlükəsizlik qaydalarına uyğun işlərin icrasının təmin edilməsi;
- Sahədə çalışan işçilərin, ustaların və texnikanın fəaliyyətinin koordinasiya edilməsi;
- Gündəlik iş planını hazırlanması və işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
- Layihə ilə bağlı sahə məlumatlarının toplanması, analiz edilməsi və sifarişçiyə hesabatların təqdim edilməsi;
- İş zamanı istifadə olunan materialların layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Keyfiyyətə nəzarət üzrə mühəndis və laboratoriya əməkdaşları ilə koordinasiyalı işlənilməsi;
- Layihə planlarında və icrasında baş verən dəyişikliklərin sənədləşdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Monolit, yol, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər;
- Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı;
- Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini yüksək səviyyədə bilmək;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı;
- Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsilli (İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə)
- İş təcrübəsi: Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Hökməli, Avrora Sənaye Parkı.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
- Nahar təminatı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.