Satınalma üzrə Aparıcı mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Xarici bazarlardan idxal olunan məhsulların daşınması ilə bağlı prosesləri Xarici Logistika Şöbəsi ilə koordinasiya etmək;
  • Gömrük və digər rəsmiləşdirmə prosesləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
  • Təchizatçılar üzrə borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata keçirmək;
  • Təchizatçılarla işgüzar münasibətlərin qurulması və onların qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müvafiq sistemdə satınalma sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
  • Sifarişləri yoxlamaq, təhlil etmək və tələb olunan müddətdə icrasını təmin etmək;
  • İqtisadi Təhlil Şöbəsi tərəfindən təqdim olunan satış planları əsasında minimum və maksimum ehtiyat qalıqlarını, eləcə də təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
  • Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata keçirmək;
  • Məhsulların keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq və həlli istiqamətində müvafiq tədbirlər görmək;
  • Anbara daxil olan mallar üzrə sənədləşmə prosesinə nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Satınalma və təchizat prosesləri üzrə biliklər;
  • Sifarişlərin idarə edilməsi və təchizatçılarla işgüzar münasibətlərin qurulması bacarığı;
  • Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Təchizatın idarəedilməsi sahəsində üstünlükdür)
  • Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə küç. 46C

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə Aparıcı mütəxəssis” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.