Sənəd üzrə nəzarətçi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Layihə üzrə bütün texniki sənədləri, planları, məktubları, icazələri və aktları qəbul etmək, qeydiyyatını aparmaq, arxivləmək;
  • Gələn və gedən sənədlərin sistemli qeydiyyatını və izlənməsini təmin etmək;
  • Çertyoj və sənəd versiyalarını nəzarətdə saxlamaq, düzgün fayl və tarixlərlə qeyd etmək;
  • Podratçılardan daxil olan sənədlərin düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə yönləndirmək;
  • Sənədlərin təsdiq mərhələlərini izləmək və gecikmə hallarında əlaqədar tərəfləri məlumatlandırmaq;
  • Arxiv və server strukturlarını standartlara uyğun şəkildə təşkil və idarə etmək;
  • Layihə komandası və rəhbərlik üçün gündəlik, həftəlik və aylıq sənəd hesabatlarını hazırlamaq;
  • Məxfi və vacib sənədlərin qorunmasını və düzgün şəkildə yayılmasını təmin etmək;
  • Təsdiqlənmiş və istifadə olunacaq son versiyaların “For Construction” statusu ilə sahəyə paylaşımını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan dilində rəsmi yazışma qaydalarını bilmək;
  • MS Office proqramlarında (xüsusilə Word, Excel) işləmək bacarığı;
  • Elektron sənəd dövriyyə sistemləri ilə işləmə bacarığı;
  • Arxivləşdirmə və sənədlərin saxlanma qaydalarını bilmək;
  • Tikinti üzrə keyfiyyət sənədləri ilə bağlı məlumatlılıq;
  • Analitik düşüncə və qeydiyyat bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi:

  • Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Təhsil: Ali təhsil.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik?

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənəd üzrə nəzarətçi” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.