Yerli brendlər üzrə İxrac satış mütəxəssisi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Xarici bazarlar üzrə araşdırmaların aparılması və yeni müştərilərin cəlb olunması
  • Müştərilərlə danışıqların aparılması və uzunmüddətli əməkdaşlıqların qurulması
  • Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
  • Sifarişlərin qəbulundan çatdırılmaya qədər bütün mərhələlərin koordinasiyası
  • Stok, istehsal və logistika proseslərinin izlənməsi və nəzarətdə saxlanılması
  • Ödənişlərin (prepayment, SWIFT) izlənməsi və risklərin idarə olunması
  • Məhsulların markalanması, qablaşdırılması və keyfiyyətinə nəzarət
  • İxrac sənədlərinin hazırlanması və logistika prosesinin təşkili
  • Marketing və Private Label layihələrinin icrasında iştirak
  • Satış və stok üzrə mütəmadi hesabatların hazırlanması və təhlili

Tələb olunan bilik və bacarıqlar:

  • Bazar araşdırması, rəqib təhlili və qiymətqoyma sahəsində təcrübə
  • Müştərilər və distribyutorlarla effektiv ünsiyyət və güclü danışıqlar aparmaq bacarığı
  • Mənfəət və zərər hesabatlarını, eləcə də satış göstəricilərini hazırlamaq və təhlil etmək bacarığı
  • Excel, PowerPoint və digər hesabat alətləri ilə işləmə bacarığı
  • İngilis və rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Proaktiv yanaşma, nəticəyönümlülük və detallara diqqət
  • Səyahət etməyə və beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlığa hazır olmaq

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat, Beynəlxalq münasibətlər və ya digər əlaqəli sahələr üzrə)
  • Minimum 2–3 il Beynəlxalq satış, ixrac, ticarət marketinqi və ya bazarın inkişafı sahəsində iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00;
  • İş yeri: Aşıq Molla Cümə 46c

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Yerli brendlər üzrə İxrac satış mütəxəssisi” yazaraq hr@avrora.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.