İşin təsviri
- Multimedia layihələrinin planlaşdırılması, idarə olunması və uğurla həyata keçirilməsi;
- Multimedia və vizual materialların yaradılması, redaktəsi və müxtəlif platformalar üçün optimallaşdırılması;
- Komandanın idarə olunması, iş bölgüsünün aparılması və müxtəlif departamentlər arasında əməkdaşlığın koordinasiyası;
- Müasir multimedia texnologiyaları və trendlərinin davamlı izlənməsi və tətbiqi;
- Layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanmasını təmin edilməsi;
- Sifarişçi tələblərinə və layihə məqsədlərinə uyğun məzmunun hazırlanmasında bilavasitə iştirak edilməsi;
- Komanda üzvlərinin fəaliyyətinə və yaradılan materialların keyfiyyətinə nəzarət edilməsi;
- Yeni multimedia proqramları və texnologiyalarının araşdırılması, sınaqdan keçirilməsi və tətbiqi.
Tələblər
- Multimedia və dizayn sahəsində ən az 5 illik iş təcrübəsi;
- Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere Pro və digər müvafiq proqramlarda yüksək səviyyədə bilik və təcrübə;
- Yaradıcılıq və innovativ yanaşma qabiliyyəti;
- Güclü layihə idarəetməsi və təşkilatçılıq bacarıqları;
- Komanda ilə səmərəli işləmək və liderlik bacarıqları;
- Effektiv kommunikasiya və problem həll etmə bacarıqları;
- İngilis və ya digər xarici dilləri bilmək üstünlük hesab olunur.