İşin təsviri
- Həyata keçirilmiş xərclərin strukturlaşdırılmış şəkildə təhlil olunması, bu istiqamətdə rüblük və illik maliyyə icmallarının tərtib edilməsi və müvafiq qurumlara təqdim olunması;
- Satınalmalar İdarəsindən daxil olan müqavilə layihələrinin və yeni alışlarla bağlı sorğuların maliyyə baxımından təhlili, risklərin və uyğunsuzluqların qiymətləndirilməsi, habelə əsaslandırılmış rəyin təqdim edilməsi;
- Xərclərlə bağlı müqavilələr üzrə monitorinqlərin aparılması və icra prosesinə daimi nəzarətin həyata keçirilməsi;
- Dövri əsasda ətraflı xərc hesabatlarının hazırlanması, bu hesabatların analitik formada təqdim edilməsi və idarəetmə qərarlarının verilməsində istifadə üçün aidiyyəti şöbələrə ötürülməsi;
- Xərc xarakterli müqavilələrin dərin təhlilinin aparılması, onların icrası üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və rüblük və illik hesabatların formalaşdırılaraq rəhbərliyə təqdim olunması;
- Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq xərclərin idarə olunması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi və bu istiqamətdə proseslərin təkmilləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi;
- Xərclərin səmərəliliyini və qənaət imkanlarını müəyyən etmək məqsədilə müqayisəli (benchmarking) təhlillərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;
- Müxtəlif layihələr üzrə xərclərin məqsədyönlü və səmərəli şəkildə bölgüsünün təmin olunması, həmçinin büdcəyə uyğunluğuna nəzarət edilməsi.
Tələblər
Təhsil: Bakalavr dərəcəsi;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla, Rus dili –(arzuolunandır);
• Sertifikatlar: ACCA F2 və F3 sertifikatlarının mövcudluğu üstünlükdür;
• Kompüter bilikləri:
– MS Excel – əla səviyyədə
– MS Word – əla səviyyədə
– PowerPoint – əla səviyyədə
– SQL və Power BI bilikləri – üstünlükdür
• İş təcrübəsi: minimum 1 il
• Güclü analitik düşüncə və problem həll etmə bacarığı
• Yüksək təqdimat bacarığı
• Əla ünsiyyət və komandada işləmə bacarığı
İş qrafiki:
- Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı