İşin təsviri
Təsvir
- YSM obyektlərinin texnoloji avadanlıqlarına və qurğularına texniki xidmət və təmir qrafiklərinə uyğun müəyyən olunmuş vaxtlarda avadanlıqların sınaqlarını və testlərinin icrasını həyata keçirmək.;
- Yanacaq-sürtkü materiallarına və xüsusi mayelərin keyfiyyətinə aerodrom şəraitində nəzarəti yerinə yetirmək. Süzgəclərdə təzyiq fərqinə nəzatət etmək, çöküntünü yoxlamaq və süzgəc elementlərinin vaxtlı-vaxtında dəyişilməsini icra etmək. Keyfiyyətə nəzarət sənədlərini düzgün rəsmiləşdirmək və aparmaq;
- Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Əməyin məhsuldarlığının, işin keyfiyyətinin yüksədilməsinə və maddi ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirləri planlı şəkildə həyata keçirmək. Əmək-istehsalat intizamının qaydalarına riayət etmək;
- YSM obyektlərində mexanikləşdirmə və avtomatlaşdırma, yeni texnika və avadanlığın sınaqdan keçirilməsi və tətbiq edilməsi üzrə planlaşdırılmış işlərdə iştirak etmək;
- Yaradıcı qabiliyyətə malik olmaq, proseslərə məntiqi və analitik düşüncə ilə yanaşmaq.
Tələblər
- Təhsil: Peşə ilə bağlı təhsil; Ali Təhsil (Bakalavr);
- Kompüter bilikləri: Word; Excel; PowerPoint; Outlook;
- İş təcrübəsi: Minimum 3 il;
- Fikrini izah etmək qabiliyyəti;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşmaq;
- Öz üzərində daima çalışmaq;
- İş rejimi: növbəli (08:00-20:00/20:00-08:00);
- İş yeri: Gəncə Beynəlxalq Hava Limanı