Aparıcı Mühasib

31 İyul 2026
1500
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

ZERA Holding”in tərkibində fəaliyyət göstərən “AzEmal” MMC Aparıcı Mühasib vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
  • Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və nəzarətdə saxlamaq;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər uçot sənədlərinin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
  • Debitor və kreditor borclarının uçotunu aparmaq, üzləşmə aktlarını hazırlamaq;
  • Vergi, statistika, DSMF və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanmasını təmin etmək;
  • Əmək haqlarının, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
  • Əsas vəsaitlərin, mal-materialların və ehtiyatların uçotunu aparmaq;
  • İdxal və ixrac əməliyyatlarının uçotunu və maya dəyərinin hesablanmasını həyata keçirmək;
  • Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlanmasında iştirak etmək;
  • Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması və müvafiq yazışmaları aparmaq;
  • ERP, 1C və elektron dövlət portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsini və düzgün saxlanılmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıqla bağlı tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 3–5 il, aparıcı mühasib vəzifəsində isə ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
  • 1C 8.3, ERP sistemləri, MS Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • e-taxes.gov.az, e-gov.az, e-sosial.az, DSMF, ƏDV (VAT) və digər elektron dövlət portalları ilə işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik, dürüstlük və operativlik;
  • Komandada işləmək və vaxtı düzgün idarəetmə bacarığı.

İş şərtləri:

  • Əmək haqqı: 1500 AZN
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “AzEmal MMC – Aparıcı mühasib” qeyd etməklə hr@azeraholding.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.