Marketing üzrə Koordinator

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

AZERA Holdingin daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialına komandamıza “Marketing üzrə Koordinator” vəzifəsi üzrə məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq bacarığı yüksək olan namizədləri dəvət edir.

Əsas vəzifə öhdəlikləri

  • Marketinq şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyasını təmin etmək;
  • Tədbirlərin və digər marketinq fəaliyyətlərinin təşkilində iştirak etmək;
  • Görüş, seminar və digər layihələrin təşkili prosesini əlaqələndirmək;
  • Görülən marketinq işləri üzrə məlumatları toplamaq və müvafiq hesabatlar hazırlamaq.

Namizədə tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis, rus dilində orta səviyyədə bilik (ingilis dili arzuolunandır);
  • Təşkilatçılıq, koordinasiya və effektiv ünsiyyət bacarıqları;
  • Komandada işləmək, məsuliyyətlilik və detallara diqqət;
  • Tərəfdaşlarla işgüzar əlaqələrin qurulması bacarığı.

İş şəraiti

  • İş yeri: Babək filialı
  • İş qrafiki: Həftə içi 09:00–17:00, şənbə 09:00–14:00
  • Əməkhaqqı: 500 AZN

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Koordinator” qeyd etməklə şirkətin rəsmi hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərsiniz.Peşəkar komandamızın bir hissəsi olmaq üçün müraciət edin!