Nəqliyyat üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

AZERA Holding MMC Nəqliyyat üzrə mütəxəssis vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri;

  • Günlük və aylıq yanacaq sərfiyyatını izləmək və səbəbləri təhlil etmək.
  • Yanacaq oğurluğunun və ya israfının qarşısını almaq üçün monitorinq sistemlərini tətbiq etmək.
  • Avtomobillərin texniki vəziyyətini mütəmadi yoxlamaq.
  • Təmir işlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq şöbələrlə əməkdaşlıq etmək.
  • Sürücü davranışlarını izləmək və qaydalara uyğunluğunu təmin etmək, onlara təhlükəsiz sürücülük, yanacaq qənaəti və müştəri məmnuniyyəti ilə bağlı təlimlər keçmək.
  • Sürücülərin performans məlumatlarını toplamaq, analiz etmək və KPI sisteminə uyğun hesabatlar hazırlamaq.
  • Günlük sifarişlər üzrə gecikmələri izləmək və önləyici tədbirlər hazırlamaq.
  • Müştəri sifarişlərinin vaxtında çatdırılmasını təmin etmək üçün sürücülərlə effektiv kommunikasiya qurmaq.
  • Nəqliyyat vasitələrinin marşrutlarını optimallaşdırmaq.
  • Yanacaq sərfiyyatı, təmir işləri, sifarişlər və sürücü performansı barədə günlük və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil: Logistika, Nəqliyyat Mühəndisliyi, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsilə sahib olmaq
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri arzu olunandır.
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
  • MC Office proqram biliyi
  • Analitik düçüncə, problem həll etmə, məsuliyyətlilik, komandada işləmə və kommunikasiya

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə
  • Əmək haqqı: Razılaşma
  • 5 günlük iş qrafiki

CV-nizi “Nəqliyyat üzrə mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla hr@azeraholding.az elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .