İşin təsviri
“AZERA Holding”in tərkibində fəaliyyət göstərən “Vetart” MMC satış komandasına rəhbərlik edəcək, nəticəyönümlü və peşəkar Satış üzrə Bölgə Müdiri axtarır.
Əsas vəzifələr:
- Bölgə üzrə satış planlarının hazırlanması və icrasının təmin edilməsi;
- Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinə nəzarət;
- Bazar araşdırmalarının aparılması, rəqib və müştəri ehtiyaclarının təhlili;
- Müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
- Satış strategiyasının bölgə üzrə effektiv şəkildə həyata keçirilməsi;
- Müştəri borclarının və debitor öhdəliklərinin nəzarətdə saxlanılması;
- Korporativ müştərilərin cəlb edilməsi və satışın artırılması;
- Aylıq satış planlarının hazırlanması və nəticələrin təhlili;
- Satış, müştəri və maliyyə hesabatlarının hazırlanması;
- Anbar sayımlarının və məhsul hərəkətinin nəzarətdə saxlanılması;
- Aylıq satış və pul yığımının plan üzrə həyata keçirilməsinin təmin edilməsi;
- Müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması.
Namizədə tələblər:
- Ali təhsil;
- Satış və idarəetmə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Satış komandasının idarə edilməsi və satış strategiyalarının hazırlanması üzrə praktiki təcrübə;
- Analitik düşüncə, liderlik, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı;
- MS Office və CRM proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş yeri: Regiaonlar üzrə
- Əmək haqqı: Müsahibə əsasında
Müraciət üçün: başlığa Satış üzrə bölgə müdiri CV-nizi hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Peşəkar komandanın bir parçası olmaq üçün müraciət edin!