İşin təsviri
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək, inventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
- Hesabatların hazırlanması üçün sahədən məlumat toplamaq;
- Ezamiyyə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq;
- Sahənin anbarı üzrə mal-material hesabatlarını qəbul etmək, yoxlamaq və mal-materialların uçotunu aparmaq;
- Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Tələblər
- Müvafiq sahə üzrə orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə təcrübəsinin olması arzu olunandır;
- Proqram bilikləri: MS Office, 1 C;
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları barədə biliklər;
- Mühasibat hesabının metod və formaları, uçot və hesabatılıq barədə biliklər;
- Analitik düşəncə, dəqiqlik.