Elektrik (Qəbələ stansiyası)

12 Noyabr 2025

İşin təsviri

  • Stansiyanın elektrik təchizatı sisteminə, elektrik avadanlıqlarına düzgün xidmətin göstərilməsini və onların qəzasız işləməsini təmin etmək;
  • Növbə ərzində stansiyanın elektrik qurğu və avadanlıqlarına, elektrik təchizatı sisteminə, elektrik paylayıcı quruluşlarına baxış keçirir və bunların saz vəziyyətdə olmasını, qəzasız və dayanıqlı işləməsini, onların düzgün istismarını həyata keçirmək;
  • Elektrik xətlərinin zədələnməsi hallarının qarşısının alınmasını və qurğularda, elektrik xətlərində baş vermiş qüsur, nasazlıq və qəzaların vaxtında və keyfiyyətlə aradan qaldırılmasını təmin etmək;
  • Elektrik xətlərində , qurğularında, 0,4 Kvlıq paylayıcı quruluşlarda baş vermiş qüsur, nasazlıq və qəzaların aradan qaldırılmasında, təmirində, montajında və tənzimlənməsində iştirak etmək;
  • Elektrik cihazlarını, avadanlıqlarını təmir etmək və stansiyanın xarici işiqlanma sisteminin vaxtında açılıb-qoşulmasını həyata keçirmək;
  • Qəzaya və digər zərərlərə səbəb ola biləcək şərait və səbəblərin dərhal aradan qaldırılması üçün tədbirlər görmək;
  • Stansiya ərazisində və dayanacaqlarda , xidməti-texniki otaqlarda, zallarda işiqlandırıcıların, elektrik açarlarının, projektorların, divar patronlarının quraşdırılmasını yerinə yetirmək;
  • Elektrik qurğularına, paylayıcı quruluşlarına, elektrik xətlərinə, işiqlanma vasitələrinə, baxış zamanı aşkar olunmuş qüsur və nasazlıqlar barədə və görülmüş işlər barədə operativ jurnalda lazımi qeydiyyatlar aparmaq və bu barədə növbəyə gələn işçiyə və briqadirə məlumat vermək;
  • Elektrik avadanlıqlarının və qurğularının istismarına dair cavabdehlik daşımaq;
  • Nöqsan və çatışmazlıqlar olduğu halda bu barədə briqadirə, stansiyanın rəis müavininə, zərurət yarandığı halda stansiya rəisinə məlumat vermək;
  • Hündürlükdə işlərin görülməsi zamanı öz şəxsi təhlükəsizliyinə və əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • İzolyasiyası pozulmuş elektrik naqillərinin, qısa qapanma yarada biləcək elektrik avadanlıqlarının istifadəsini məhdudlaşdırmaq, istismar etməmək, onların standartlara uyğun şəkildə yenisi ilə əvəz edilməsini təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə Peşə təhsili;
  • Peşəkar ehtiyatlılıq;
  • Problem həlletmə;
  • Diqqətlilik.