İşin təsviri
- Portal kranların mexaniki və elektrik hissələrinin texniki xidməti və təmir işlərinin yerinə yetirilməsi;
- Mexaniki qovşaqların, ötürücü mexanizmlərin, bərkidici elementlərin və sadə elektrik avadanlıqlarının yoxlanılması və sazlanması;
- Sadə nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, mürəkkəb hallarda yuxarı dərəcəli mütəxəssislərə məlumat verilməsi;
- Elektrik naqillərinin, kontaktların və birləşmələrin yoxlanılması və dəyişdirilməsi
- Planlı texniki baxış və profilaktik təmir işlərinin icrasında iştirak;
- Təhlükəsizlik sistemlərinin (mexaniki məhdudlaşdırıcılar, sadə elektrik qoruyucuları) işlək vəziyyətdə saxlanılmasına dəstək;
- Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- Görülmüş işlər barədə texniki qeydlərin və növbə jurnallarının aparılması.
Tələblər
Bilməlidir:
- Portal kranların və qaldırıcı mexanizmlərin əsas quruluşunu və iş prinsipini;
- Mexaniki ötürücülərin, qovşaqların, bərkidici elementlərin və mexanizmlərin təyinatını;
- Sadə elektrik avadanlıqlarının (açarlar, qoruyucular, kontaktlar) iş prinsiplərini;
- Elektrik naqillərinin, kabel birləşmələrinin və torpaqlama elementlərinin əsaslarını;
- Mexaniki və elektrik sxemlərini əsas səviyyədə oxumağı;
- Qaldırıcı qurğularda tətbiq olunan əsas təhlükəsizlik qaydalarını;
- Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi qaydalarını;
- Texniki baxış və profilaktik təmir işlərinin aparılması qaydalarını;
- Sadə ölçmə alətləri ilə işləmə qaydalarını;
- Texniki qeydlərin və növbə jurnallarının aparılması qaydalarını.