İşin təsviri
Təsvir
- Elektrik avadanlıqlarının, qurğularının və şəbəkələrinin texniki baxışını, xidmətini və təmirini həyata keçirmək;
- Elektrik sxemlərini, çertyojları və texniki sənədləri oxumaq və tətbiq etmək;
- Nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının quraşdırılmasında və sazlanmasında iştirak etmək;
- Ölçü və nəzarət cihazlarından düzgün və təhlükəsiz istifadə etmək;
- Planlı-profilaktik təmir işlərini vaxtında yerinə yetirmək;
- Elektrik avadanlıqlarının etibarlı və fasiləsiz işləməsini təmin etmək;
- İş prosesində istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Texniki sənədləşməni (jurnallar, aktlar, hesabatlar) müəyyən olunmuş qaydada aparmaq.
Tələblər
- Təhsil səviyyəsi: Peşə təhsili (elektrotexnika, elektrik enerjisi, elektrik avadanlıqları və ya müvafiq texniki ixtisaslar üzrə);
- Elektrik avadanlıqlarının quruluşunu və iş prinsipini bilmək;
- Elektrik avadanlıqlarının istismar və təmir qaydalarını bilmək;
- Gərginlik siniflərini və ölçmə metodlarını bilmək;
- Ölçmə cihazlarının (multimetr, meqaommetr və s.) istifadə qaydalarını bilmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydaları, o cümlədən yanğından mühafizənin norma və qaydalarını bilmək.