İşin təsviri
- Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
- Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək;
- Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
- Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək;
- Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək;
- Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
- Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
- Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək;
Tələblər
- Portal kran operatoru (5-ci dərəcəli) sertifikatı;
- Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşuna dair biliklər;
- Yüklərin yerdəyişmə üsullarına dair biliklər;
- Texnoloji avadanlığın quraşdırılmasına dair bilik və bacarıqlar;
- Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsinə dair biliklər;
- Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətinə dair biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını bilmək;
- Yanğından mühafizənin norma və qaydalarına dair biliklər;
- Peşəkar ehtiyatlılıq;
- Risklərin idarə edilməsi;
- Problem həll etmə.