Yüklərin anbara qəbulu və buraxılması prosesinə nəzarət etmək;
Anbar işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
Öz ixtisasını və nəzəri biliklərini artırmaq, yeni texnikaya yiyələnmək, qabaqcıl iş metodlarından istifadə etmək;
İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil etmək;
Əmək məhsuldarlığı ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik etmək;
Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək;
İş prosesinin bütün sahələri üzrə tələb olunan məsələləri həll etmək üçün anbar işçilərinə göstərişlər, əmrlər verir və onların şərtsiz icra olunmasını tələb etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək;
Gündəlik iş rejimi.
Tələblər
Təhsil səviyyəsi: ümumi;
İş təcrübəsi: müvafiq sahə üzrə ən az 3 il;
Anbar idarəçiliyi və əməliyyatları haqqında nəzəri və praktiki biliklər;
Əmək mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək;
Yanğından mühafizə, sanitariya və təhlükəsizlik texnikası tələblərinə uyğun işləmək;
Əlaqələndirmə və komandada işləmə bacarığı:
Nəticəyönümlülük;
Tapşırıq vermə bacarığı;
Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).