Arabacıqların təmiri üzrə çilingər (Ələt qəsəbəsi)

İşin təsviri

  • Təmirə verilmiş vaqonlardan arabacıqları çıxarmaq, təmir sahəsinə qoymaq, sökmək, təmizləmək və şablonlar vasitəsi ilə yoxlamaq;
  • Ölçü normadan aşağı olarsa bərpa üçün qaynaqçıya təhvil vermək və normaya salındıqdan sonra təhvil götürmək, bərpası mümkün olmadıqda yenisi ilə əvəz edilməsi üçün ustaya məlumat vermək;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərə riayət etmək;
  • Verilmiş tapşırıqların texnologiyaya uyğun aparılmasına əməl etmək və bu barədə ustaya məlumat vermək;
  • İş yerini təmiz saxlamaq və işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək;
  • Ustanın tapşırıqlarını yerinə yetirmək;
  • ADY-nin Daxili Nizam-intizam Qaydalarına riayət etmək.

Tələblər

  • Ümumi təhsil;
  • Diqqətlilik;
  • Peşəkar ehtiyatlılıq;