Avtomexanik (Bakı Limanı)

2 Sentyabr 2026

İşin təsviri

  • Avtoyükləyicilərin saz vəziyyətdə istismara buraxılmasına, təmir və profilaktik xidmət işlərinin və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Yükqaldırıcı maşınlara aid olan yüktutucu hissələrin, vasitələrin və ləvazimatların hazırlanmasını təmin etmək;
  • Statistik məlumatlara əsaslanaraq ehtiyat hissələri bazasının yaradılmasının təşkilində iştirak etmək;
  • Avtoyükləyicilərdə yaranan nasazlıqların diaqnostikasını həyata keçirmək, nasazlığın səbəbini müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
  • Mühərrik, transmissiya, hidravlik sistem, əyləc sistemi, sükan sistemi və digər mexaniki hissələrin texniki vəziyyətini yoxlamaq və təmirini həyata keçirmək;
  • Planlı texniki xidmət qrafiklərinə uyğun olaraq texniki baxış və profilaktik təmir işlərini yerinə yetirmək;
  • Təmir zamanı istifadə olunan ehtiyat hissələri və materiallar barədə məlumatların uçotunu aparmaq;
  • Təkrarlanan nasazlıqları müəyyən etmək və onların qarşısının alınması üzrə təkliflər vermək;
  • Texnikanın təmirdən sonra sınaqdan keçirilməsində və istismara buraxılmasında iştirak etmək;
  • Görülmüş təmir və texniki xidmət işlərini müvafiq sistemdə/jurnalda qeyd etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali təhsil (logistika, nəqliyyat, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə təhsil arzuolunandır).

Bilməlidir:

  • Texniki sxem və təmir təlimatlarını oxuma bacarığı;
  • Dizel mühərrikləri, transmissiya və hidravlik sistemlər üzrə praktiki bilik;
  • Maşın və mexanizmlərin ehtiyyat hissələrinə və onların texniki göstəricilərinə dair biliklər;
  • İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipi, texniki və konstruktiv xüsusiyyətlərinə dair biliklər.

Bacarıqlar və şəxsi keyfiyyətlər:

  • Proqnozlaşdırma;
  • Problem həll etmə;
  • Analitik düşüncə.