İşin təsviri
- Gərginliyi 10 kv-a qədər olan elektrik maşın və aparatları sökmək, yığmaq, qurmaq və mərkəzləşdirmək;
- Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrini və metalkonstruksiyaları hazırlamaq və quraşdırmaq;
- Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərini montaj və təmir etmək;
- Gərginliyi 10 kV-a qədər olan kabelləri açmaq, hazırlamaq, fazalamaq və çəkmək;
- Diyircəkli yastıqları dəyişdirmək;
- Partlayış təhlükəsinə qarşı armaturu təmir etmək, sazlamaq və qurmaq;
- Güc və işıqlandırıcı elektrik xətlərini çertyoj üzrə ölçmək;
- Elektrik xətlərinin çəkilməsi üçün dayaqları möhkəmləndirmək;
- İzolə sinfin 10 kv-a qədər olan yağ və ölçü, soba və qaynaq transformatorlarını tam təmir etmək;
- Elektrik cihazları, elektromaqnit və elektrodinamik sistemlərin sökülməsi, təmiri, yağlanması və təmizlənməsi işlərini aparmaq;
- Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yağlama işlərini yerinə yetirmək;
- Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarını, daxil olan və çıxan kabelləri yoxlamaq və müqavimətini ölçmək;
- Hündürlüyü 9 m-dən yuxarı olan dayaqları dəyişdirmək və qurmaq, həmçinin də onları izolyatorlarla təchiz etmək;
- Açıq və qapalı məkanda iş;
- Gündəlik iş rejimi.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə peşə təhsili
- Elektrotexnikanın əsasları
- Müxtəlif elektrik materiallarının növləri, onların xüsusiyyəti və təyinatı
- İşəsalıcı, tənzimləyici və nəzarətedicilərin quruluşu və təyinatına dair biliklər
- Meqometrlə izolyasiya sınağının qayda və normalarına dair biliklər
- Calaq və qaynaq edilməsi üsulları
- Elektrik maşını, aparat və cihazların qəbulu, təmiri və quraşdırılması qayda və üsulları.