İşin təsviri
- Daxili baza əsaslı yük daşıma məlumatların müntəzəm yenilənmə prosesini icra etmək;
- Analitik hesabatları formalaşdırmaq;
- Biznes problemlərə cavab verə bilən ssenari planlamalar, vizual hesabatlar və modellər hazırlamaq;
- Region ölkələrinin logistik bazarları haqqda məlumat mənbələrindən istifadə etməklə araşdırmalar aparmaq; Logistik məhsulların bazar araşdırmasını etmək;
- Dəmiryolları ilə daşınan top yüklərin qiymət araşdırmalarını aparmaq;
- Power BI, Excel və Python proqramları vasitəsilə dataları təmizlənmək və ilkin analizlər aparmaq;
- Daxili baza əsaslı yük daşıma üzrə aylıq və həftəlik hesabatları yeniləmək;
- Bazar araşdırması apararaq müvafiq hesabatlar tərtib etmək;
- Yük daşımalar üzrə aylıq, rüblük və illər üzrə periodik təhlil və araşdırmalar aparmaq;
- Maşın öyrənməsi alqoritmləri ilə proqnozlaşdırma modellərini hazırlamaq;
- Biznes model analizlərinin – bazar yanaşmalarının təhlilini aparmaq.
Tələblər
Təhsil pilləsi: Ali (müvafiq sahə üzrə)
Tələb olunan sahə üzrə əmək stajı: 1-2 il
Dil bacarıqları: İngilis, rus (yaxşı səviyyədə)
Rəqəmsal bacarıqlar: MS Word, MS Excel, MS PowerPoint, MS PowerBI, Python
Funksional səriştələr: Analitik düşüncə, Diqqətlilik, İnnovativlik, Strateji düşünmə