İşin təsviri
- Biznes tələblərini anlamaq və onları rəqəmsal layihələr üçün funksional tələblərə çevirmək üçün layihənin maraqlı tərəfləri ilə işləmək;
- Prosesin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək üçün layihə məlumatlarını və performans göstəricilərini təhlil etmək;
- Layihə sorğularını təhlil edib dəyərləndirmək və layihə tələblərinin biznes məqsədlərinə uyğun olmasını təmin etmək;
- Layihələr üçün məlumat və tələbləri toplamaq üçün çarpaz funksional komandalarla görüşlər aparmaq;
- Problemləri müəyyən etmək və həll etmək və layihənin uğurunu təmin etmək üçün layihə menecerləri, tərtibatçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
- Tələb olunduqda layihənin tələbləri və statusu ilə bağlı maraqlı tərəflərə və yüksək rəhbərliyə məlumat vermək;
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Xarici dil: İngilis dili və Rus dili – sərbəst;
- “Agile” və “Waterfall” kimi layihə idarəetmə metodologiyaları üzrə biliklər;
- Layihə və ya proqram idarəetmə metodologiyaları, alətləri və texnikaları haqqında dərin praktiki biliklər;
- Layihələrin təhlili və dəyərləndirilməsi üzrə biliklər;
- “Cost-Benefit Analysis”, Biznes analitika modelləri, “BPMN, Use Case, User Story” üzrə biliklər;
- Risklərin dəyərləndirilməsi və idarə edilməsi üzrə biliklər.