İşin təsviri
- İş rejimi: Gündəlik
- Briqadaya rəhbərlik etmək;
- Qoyulmuş qaydaya əsasən dartı yarımstansiyanın avadanlıq və qurğularına, seksiyalanma postlarına mütəmadi baxışlar keçirmək, cari təmir etmək;
- İllik plana uyğun olaraq yarımstansiyanı gücləndirmək üçün əsaslı təmir işləri aparmaq;
- Kontakt şəbəkəsinin və avtobloklamanın elektrik enerjisi ilə təchizatını təşkil etmək;
- Briqadaya təlimat keçmək və texnologiyaya riayət edilməsinə nəzarət etmək;
- Elektrik enerjisindən yarımstansiyanın öz ehtiyacları üçün qənaətlə sərf edilməsini təmin etmək;
- İşçilər tərəfindən əməyin mühafizəsi norma və qaydalarına, təhlükəsizlik texnikası və istehsalat sanitariyasına riayət edilməsinə nəzarət etmək;
- Texniki təhlükəsizlik qaydalarına müvafiq olaraq qoruyucu vasitələri yoxlamaq və sınaq edilməsini təmin etmək;
- Dartı yarımstansiya rəisi işdə olmadıqda onu əvəz etmək;
- Növbətçi heyətin məzuniyyətləri və xəstəlikləri zamanı növbəyə çıxmaq;
- Dartı yarımstansiyanın avadanlıq və qurğularının düzgün istismarını, təhlükəsiz xidmətini təşkil etmək;
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə Ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
- Yarımstansiyanın elektrik təchizatı sxeminə və şərtlərinə dair biliklər
- Yanaşı yarımstansiyalar daxilində kontakt şəbəkənin qidalanma və seksiyalanma sxeminə dair biliklər
- Stansiyanın quruluşu, bir xəttli və quraşdırılma sxemləri, idarəetmə sxemləri, avadanlıqların avtomatlaşdırma və mühafizə sxemlərinə dair biliklər
- Dartı yarımstansiyanın xüsusi sərfiyyat sxemləri
- Dartı yarımstansiya qurğularının, avadanlıqlarının və seksiyalanma postlarının xidməti üzrə texniki xüsusiyyətləri və təlimatları