İşin təsviri
- Rabitə qurğularının, generatorların və kommutasiya qurğularının işinə nəzarət etmək;
- Akkumlyatorlara texniki xidməti təmin etmək;
- Yerli rabitədə abunəçilərin telefonlarını və kabelləri saz vəziyyətdə saxlanmasını nəzarətdə saxlamaq;
- Zədələnən və ya izolyasiya müqaviməti aşağı düşən kabellərin dəyişdirilməsi işində iştirak etmək;
- Rabitənin dayaq kanalların yoxlanması, tezliklərin tənzimlənməsi və gücləndiricilərin yoxlanılması işini yerinə yetirmək;
- Operativ texnoloji rabitənin vəziyyətinə daim nəzarət etmək;
- Hava rabitə xəttlərinin tezliklərinin ölçülməsi və lazım gəldikdə tənzimlənməsi işini icra etmək;
- Tabeçiliyindəki işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmaq, fərdi mühafizə vasitələri ilə təmin olunmasını təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və teleqraf göstərişlərini tabeçiliyindəki işçilərə tanış etmək və fəaliyyəti sahəsində icrasını təşkil etmək.
Tələblər
- Təhsil: Ali ixtisas (müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il;
- Elektrik avadanlıqları, ölçmə cihazları və s. elektrik-texniki avadanlıq və qurğularla işləmək bacarığı;
- İstismar oluna bilən cihazları bilmək, onların nasazlıqlarını təmin etmək, həmçinin cihazları təmir etmək quraşdırmaq və sazlaya bilmək bacarığı;
- Güc ötürmə sxemləri və siqnalizasiya sxemləri;
- Əsas zərər növləri və onların aradan qaldırılması yolları;
- Cihaz və avadanlıqların, avtomatlaşdırma və rabitə vasitələrinin yeni prototipləri üçün sxematik diaqramların tərtib edilməsi qaydası;
- Avadanlıqların texniki istismarı qaydaları;
- Əl alətləri ilə işləmək bacarığı;
- Diqqətlilik;
- Problem həlletmə;
- Nəticəyönümlülük.