İşin təsviri
- Parka qəbul edilən vaqonların, qatar tərkibinin nömrələrini yazmaq;
- Çeşidləmə parkından digər parklara, vaqon deposuna, keçirilən vaqonların nömrələrini yazmaq və STM operatorları ilə yoxlamaq;
- Yazılan vaqonların nömrələrini STM operatorlarına telefonla vermək, parka açılan, yaxud qoşulan vaqonlar barədə təcili STM operatoruna məlumat vermək;
- Stansiyaya daxil olan qatarın sənədlərini STM operatoruna çatdırmaq;
- Texnoloji işlə əlaqədar olan, stansiya növbətçisinin, STM baş operatorunun, stansiya dispetçerinin göstərişlərini yerinə yetirmək.
Tələblər
- Təhsil: Ümumi;
- İş təcrübəsi: sahə üzrə 1 il;
- Növbəli iş rejimi;
- Stansiyanın texniki sərəncan aktı və texnoloji iş prosesinə dair biliklər;
- Dəmir yollarının işarəvermə təlimatı;
- Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydaları;
- Qatarların hərəkəti və manevr işinə dair təlimat;
- Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.