İşin təsviri
- Lokomotivlərin seriyaları üzrə mexaniki hissələrin konstruktiv quruluşunda təmir işlərini həyata keçirmək;
- Təkər-motor blokunun asılma sistemini və pnevmatik sistemini təmir etmək;
- Qoşqu və dayaq-dartı qurğularının iş prinsipində yaranan nasazlıqları aradan qaldırmaq;
- Lokomotivin mexaniki hissəsində mövcud üfüqü və horizontal asılqan sistemlərini təmir etmək;
- Dizeldə yanacaq sisteminin nasazlıqlarını təmir etmək;
- Dizel mühərrikinin təmirini istehsalçı zavodun təlimatına əsaslanaraq təmir etmək;
- Dizeldə soyutma sisteminin nasazlıqlarını təmir etmək;
- Dizeldə yağlama sisteminin nasazlıqlarını təmir etmək;
- Lokomotivin avtoəyləc və kompressorlarını diaqnostika, profilaktika, təmir, stendə tənzimləmək və sınaqdan keçirtmək;
- Hərəkətin təhlükəsizliyinin təmin olunması üçün avtoəyləc sistemini, kompressorları, hava çənini təmir etmək;
- Hava çənlərinin par və yaxud isti su ilə yumaq, yüksək təyziq altında yoxlamaq.
Tələblər
- Təhsil: ümumi təhsil;
- Əməyin mühafizəsi üzrə qaydaları və normaları;
- Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri;
- Elektrovoz və Teplovozların avtoəyləc və kompressorlarının konstruktiv xüsusiyyətlərini və onların təmir texnologiyasında nəzərdə tutulan işləri;
- Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarını bilməlidir.