Çilingər (Qəbələ stansiyası)

12 Noyabr 2025

İşin təsviri

  • Stansiyanın su və kanalizasiya, istilik sisteminə, drenaj və yağıntı xətlərinə baxış keçirmək və bunların saz vəziyyətdə saxlanılmasını ,qəzasız və etibarlı işləməsini ,onların düzgün istismarını və vaxtında keyfiyyətli təmir işlərinin aparılmasını təmin etmək;
  • Vaxtaşırı olaraq bu sistemlərə baxış keçirmək, aşkar olunmuş nasazlıq, qüsur və qəzaları aradan qaldırmaq; Xidmət olunan sistemlərin vaxtından əvvəl köhnəlməsinin səbəblərini müəyyən etmək;
  • Sistemin işində olan nasazlıqları aradan qaldırmaq, onların təmirini, montajını,tənzimlənməsini və sınaqdan keçirilməsini təmin etmək;
  • Alət və vasitələri təyinatı üzrə istifadə etmək və bunların istismarı qaydalarına əməl etmək;
  • Boruların, fitinqlərin ,formalı hissələrin, armatur və bərkitmə vasitələrini çeşidləmək;
  • İpləri, məhsulları və digər yardımçı material və vasitələri hazırlamaq;
  • Boruları, detalları, sanitar-texniki avadanlıq və cihazları və digər yükləri yükləmək və daşımaq;
  • Sqonları mufta və əks qaykalarla, boltları qaykalarla komplektləşdirmək;
  • Konstruksiyalarda burğu və dəlmə yolu ilə dəlikləri açmaq;
  • Boru xətlərini və cihazları bərkitmək;
  • Boruların və dayaqların formalı hissələrini komplektləşdirmək;
  • Radiatorları qruplaşdırmaq və sökmək;
  • Sınaq zamanı boru kəmərlərində aşkar olunan qəzalı yerlərin müəyyən edilməsi və təmir işlərini yerinə yetirmək;
  • Alət və vasitələri təyinatı üzrə istifadə etmək və bunların istismarı qaydalarına əməl etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ümumi təhsil;
  • Peşəkar ehtiyatlılıq;
  • Nəticəyönümlülük;
  • Diqqətlilik.